Haqqımızda
Bakı şəhər İcra Hakimiyyətinin xidmət dairəsində olan dövlət yaşayış fonduna aid binalarında quraşdırılmış liftlərin texniki istismarı bu binaların balans sahibi olan mənzil-kommunal təsərrüfatı təşkilatları, onların texniki xidməti və təmiri isə müqavilə şərtləri əsasında, bu sahədə ixtisaslaşdırılmış “Lifftəmir”İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Yaşayış binalarında quraşdırılmış lift avadanlığı binadaxili mühəndis qurğularına aid edildiyindən, tikinti normalarına uyğun olaraq binanın ümumi balansına daxildir. Bu liftlərin texniki istismarı və xidmətinin təşkili bilavasitə olaraq binanının balans sahibi olan dövlət mənzil istismar təşkilatları tərəfindən təmin edilir. Dövlət və içtimai mənzil fondu evlərindən fərqli olaraq, yüksək mərtəbəli kooperativ binalarda quraşdırılmış liftlər mənzil-tikinti kooperativlərinin (MTK) ümumi mülkiyyətində olduğundan onların texniki xidmətinin təşkili və təmiri bilavasitə olaraq kooperativ üzvlərinin hesabına təmin edilir. Bakı şəhərində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq onların mənzil-kommunal xidmətlərinə olan tələbatının günün tələbləri səviyyəsinə gətirilməsi üçün 1967-ci ildə Bakı şəhərində mövcud olan yüksək mərtəbəlı binalarda quraşdırılmış sərnişin liftlərinin ixtisaslaşdırılmış texniki xidmətinin, cari və əsaslı təmirinin kompleks təşkili üçün, keçmış Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 dekabr 1966-cı il tarixlı, 09/13736 saylı göstərişinə əsasən keçmış Bskı şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin 03.02.1967-ci il 59/2794 saylı qərarı ilə ilk dəfə olraq Bakı şəhərində təsərrüfat hesablı lift sahəsi yaradılmışdır. Mənzil tikintisinin geniş vüsət aldığı bir şəraitdə liftlə təchiz olunmuş yüksək mərtəbəli yaşayış binalarının sayının durmadan artımı və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə tələbatını nəzərə alaraq, binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyətinin struktur vahididir.